"Milan"a yeni baş məşqçi təyin edildi

01:27 | 10.06.2014
"Milan"a yeni baş məşqçi təyin edildi

"Milan"a yeni baş məşqçi təyin edildi

İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi bəlli olub. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,  komandanı sabiq futbolçusu Filippo İnzagi çalışdıracaq.

40 yaşlı mütəxəssis "Milan"la 2016-cı ilin iyun ayına qədər müqavilə imzalayıb. O, daha öncə Milan təmsilçisinin aşağı yaş qrupu üzrə komandasında işləyib. İnzagi "Milan"ın baş məşqçi vəzifəsində Klarens Zeedorfu əvəzləyəcək.

Qeyd edək ki, İtaliya A Seriyasında ötən mövsümü 8-ci pillədə başa vuran "Milan" avrokuboklardan kənarda qalıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb