"Neftçi"nin rəqibi ciddi itki ilə üzləşdi

10:19 | 19.08.2014
"Neftçi"nin rəqibi ciddi itki ilə üzləşdi

"Neftçi"nin rəqibi ciddi itki ilə üzləşdi

Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, Belqrad təmsilçisinin müdafiəçisi Vladimir Volkovun "Neftçi" ilə görüşdə meydana çıxmayacağı dəqiqləşib.

Serbiya çempionatının son turunda "Radniçki Nis" klubu ilə matçın (4:1) ilk hissəsində zədələnən futbolçu oyunu davam etdirə bilməmişdi. Klubun həkimi Rosiç monteneqrolu futbolçunun ən azı 7-9 gün istirahət etməli olduğunu bildirib:

"Volkovun zədəsi ciddi deyil. Ancaq pis xəbər odur ki, futbolçu ən azı 7-9 gün istirahət etməlidir. Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu "Neftçi" ilə ilk görüşdə iştirak edə bilməyəcək".

Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu avqustun 21-də, Bakı vaxtı ilə saat 23:15-də keçiriləcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb