"Nyukasl"ın futbolçusu "Arsenal" yolunda

21:59 | 22.04.2014
"Nyukasl"ın futbolçusu "Arsenal" yolunda

"Nyukasl"ın futbolçusu "Arsenal" yolunda

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Arsenal" klubu növbəti transfer hədəfini açıqlayıb.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisi "Nyukasl"ın futbolçusu Hatem Ben Arfaya "elçi" düşüb."Topçular"ın baş məşqçisi Arsen Venger yeni mövsümdən fransız futbolçunu komandasında görmək istəyir. "Arsenal" 27 yaşlı futbolçunun transferi üçün 7 milyon funt ödəməyə hazırdır. Ben Arfanın "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir.Qeyd edək ki, bu mövsüm keçirdiyi 27 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM