"Qalatasaray"ı daha bir italiyalı çalışdıra bilər

18:01 | 18.06.2014
"Qalatasaray"ı daha bir italiyalı çalışdıra bilər

"Qalatasaray"ı daha bir italiyalı çalışdıra bilər

Türkiyənin "Qalatasaray" klubunu yeni mövsümdən Massimiliano Alleqri çalışdıra bilər.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Roberto Mançini ilə yolları ayıran İstanbul təmsilçisi boş qalmış baş məşqçi vəzifəsinə italiyalı mütəxəssisi gətirməyi planlaşdırır. 

Artıq bununla bağlı "Qalatasaray" M.Alleqriyə illik 1.7 milyon avro qazanacağı təklif göndərib. Klub çalışdırıcı ilə danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, M.Alleqri son olaraq "Milan"da baş məşqçilik edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM