"Qalatasaray" "Atletiko" ilə bərabərə qaldı

13:51 | 07.08.2014
"Qalatasaray" "Atletiko" ilə bərabərə qaldı

"Qalatasaray" "Atletiko" ilə bərabərə qaldı

"Qalatasaray" "Atletiko" ilə yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, Türkiyənin İzmir şəhərində baş tutan oyun qolsuz bərabərliklə başa çatıb - 0:0.

Madrid təmsilçisinin türk futbolçusu Arda Turan 8 ildən sonra sabiq klubu "Qalatasaray"a qarşı oynayıb.

Qarşılaşmanın maraqlı məqamlarından biri Musleranın keçmiş komanda yoldaşı Ardaya zarafatla təpik atması olub.

Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlər Soma faciəsinin qurbanlarının ailələri arasında paylanılacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM