"Qalatasaray"la çox pis məzələndilər - Sneyder hədəfdə

15:48 | 02.10.2014
"Qalatasaray"la çox pis məzələndilər - Sneyder hədəfdə

"Qalatasaray"la çox pis məzələndilər - Sneyder hədəfdə

"Qalatasara"yın "Arsenal" qarşısında 4-1-lik hesabla darmadağın olmasından sonra, ingilis azarkeşlər sosial şəbəkələrdə İstanbul təmsilçisinin ulduzu Uesli Sneyderi lağa qoyublar. 

ANN.Az-ın verdiyi xəbərə görə, İngiltərənin "Mançester Yunayted" klubunun təklifini rədd edən Uesli Sneyder ingilislərin rişxəndinə tuş gəlib. Bu barədə xəbəri "Daily Mail" qəzeti yazıb. 

Sneyder "Mançester Yunayted"in transfer təklifini "Çempionlar Liqasında yoxsuz", - deyib rədd etdiyi bildirilir. Azarkeşlər də "Qalatasaray"ın "Arsenal"a acı məğlubiyyətindən sonra Sneyderə belə ismarıclar göndəriblər: "Bax, Sneyder, neylədiyini görürsənmi?".

Sneyderin matça dayaq yarımmüdafiəçi kimi başlaması da ingilislərin ironiyasına tuş gəlib. Azarkeşlər sosial şəbəkələrdə "Nə? 10 nömrə müdafiədədir?", - üslubunda rişxənd dolu tvitlər atıblar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM