"Qarabağ" növbəti sınaq qarşısında

09:36 | 27.11.2014
"Qarabağ" növbəti sınaq qarşısında

"Qarabağ" növbəti sınaq qarşısında

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start veriləcək.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçını keçirəcək.F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı “Sent-Etyen”lə Fransada münasibətlərinə aydınlıq gətirəcək. Qrupda son səfər oyununa çıxacaq Qurban Qurbanovun yetirmələri Sent-Etyen şəhərində 1/16 final şanslarını həll edə bilər. Fransada qazanılan xallar təmsilçimizin ümidlərini son turadək saxlayacaq.Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start verəcək. Oyunu isə islandiyalı referi Kristin Yakobsson idarə edəcək. Qeyd edək ki, “Qarabağ”ın digər rəqibləri “İnter” və “Dnepr” Milanda üz-üzə gələcək.Avropa Liqası Qrup mərhələsi, V tur - F qrupu00:05. “Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan) Sent-Etyen. “Ceffri Quiçard” stadionu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb