"Qarabağ" qrup səddini keçə bilər" - "Sent-Etyen"in futbolçusu

13:34 | 02.10.2014
"Qarabağ" qrup səddini keçə bilər" - "Sent-Etyen"in futbolçusu

"Qarabağ" qrup səddini keçə bilər" - "Sent-Etyen"in futbolçusu

"Məqsədimiz qrupda birinci pilləni tutmaqdır. "İnter" qrupun favoriti olsa da, Milana xal qazanmaq üçün gedəcəyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Sent-Etyen" klubunun futbolçusu Conatan Brizon Fransa mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa təmsilçisinin 31 yaşlı futbolçusu Azərbaycan klubunun qrup səddini keçə biləcəyini bildirib:

"Qrupda bir deyil, üç rəqibimiz var. Heç bir komandadan çəkinmirik. Hətta "İnter"dən də. Ancaq "Qarabağ"ı da hesabdan silmək olmaz. Bakıda onların çətin komanda olduğunu gördük. Bəlkə də, elə mərhələni "Sent-Etyen" və "Qarabağ" klubları keçdi". 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə Bakıda "Qarabağ"la 0:0 bərabərə qalan "Sent-Etyen" bu gecə öz meydanında "Dnepr"lə (Ukrayna) qarşılaşacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM