"Qarabağ" səfərdə "İnter"ə uduzdu

02:06 | 03.10.2014
"Qarabağ" səfərdə "İnter"ə uduzdu

"Qarabağ" səfərdə "İnter"ə uduzdu

Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxıb.
Təmsilçimizin rəqibi Milan "İnter"i olub. "Cüzeppe Meatsa" stadionunda keçirilən matçınr taleyini iki qol həll edib və "İnter" 2:0 hesablı qələbə qazanıb. Hesabı 18-ci dəqiqədə Danilo Dambrosio açıb. 85-ci dəqiqədə isə Mauro İkardi fərqlənib.
Qeyd edək ki, Avropanın tanınmış klublarından olan "İnter" 1908-ci ildə yaradılıb. 106 yaşlı klub tarixi ərzinhdə A Seriyasının (18 dəfə), ölkə kubokunun (7), İtaliya Superkubokunun (5), Çempionlar Liqasının (3), UEFA Kubokunun (3), klublararası dünya çempionatının (3) qalibi olub.
"Qarabağ"ın yer aldığı F qrupunda bu gecə daha bir oyun keçirilib və "Sent-Etyen" "Dnepr"lə "sülh" bağlayıb - 0:0. Fransa klubu ilk turda Bakıda "Qarabağ"la da 0:0 hesablı heç-heçəyə razılaşmışdı. "İnter" isə səfərdə "Dnepr"i 1:0 hesabı ilə məğlub etmişdi.
Avropa Liqası
Qrup mərhələsi
I tur
İnter (İtaliya) - Qarabağ (Azərbaycan) 2:0
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM