"Qəbələ" Elnur Allahverdiyevi cəzalandıracaq

17:53 | 18.04.2014
"Qəbələ" Elnur Allahverdiyevi cəzalandıracaq

"Qəbələ" Elnur Allahverdiyevi cəzalandıracaq

"Qəbələ" futbolçusu Elnur Allahverdiyevi cəzalandıracaq. Bu barədə Qol.Az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib.Milli komandamızın üzvü Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Xəzər Lənkəran"la ilk oyunundan əvvəl  geniş kütlə qarşısında matçın baş hakimini təhqir etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindn 5 oyunluq cəzalanıb, klub 10 min  manat cərimə olunub. Futbolçuya verilmiş cəza Premyer Liqa oyunlarına şamil edildiyindən onun üçün mövsüm demək olar ki, indidən başa çatıb.Z.Əzizovun sözlərinə görə, son dövrlərdə bir çox intizamsız hərəkətləri ilə yadda qalan E.Allahveridyev haqda ciddi ölçü götürüləcək:"O, hər bir intizamsızlığına görə cəzalandırılıb. Bu dəfə də lazımi qaydada cəzaladırılacaq. AFFA-nın klubumuza tədbiq etdiyi 10 min manatlıq cəriməni Elnurun ödəyəcəyi də istisna deyil. Hətta o, klub tərəfindən daha artıq cərimələnə bilər".Qeyd edək ki,  ötən il "Xəzər Lənkəran"dan qovulan E.Allahverdiyev bu ilin əvvəli "Qəbələ" ilə bir illik müqavilə imzalayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb