"Sent-Etyen" Bakıya bu heyətlə gəlir

13:31 | 17.09.2014
"Sent-Etyen" Bakıya bu heyətlə gəlir

"Sent-Etyen" Bakıya bu heyətlə gəlir

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" klubu Bakıya bu gün gələcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisinin baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyunda 19 futbolçunun xidmətindən yararlanacaq.

Bakıya gələn futbolçular sırasında Türkiyə yığmasının üzvü Mevlut Ərdinç də var. Zədədən əziyyət çəkən Loik Perren və Romen Amuma paytaxtımıza gətirilməyəcək.

 Qapıçılar: 16. Stefan Ruffier, 30. Jessi Moulin, 1. Baptist Valletta

Müdafiəçilər: 26. Mustafa Bayal Sall, 20. Conatan Brison, 19. Florentin Poqba, 23. Paul Baysse, 29. François Klerk, Jerrold Nyemek

Yarımmüdafiəçilər: 10. Renaud Çohade, 18. Fabien Lemoine, 6. Jeremi Klement, 8. Benjamin Korqnet, 28. İsmail Diomande

Hücumçular: 9. Mevlut Ərdinç, 22. Kevin Monnet-Paket, 11. Yohan Mollo, 12. Allan Sent-Maksimin, 7. Maks-Alain Qradel 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb