"Quran"dakı şifrə yadplanetlilərin sirrinin açarıdır? - Müsahibə+Video

14:55 | 12.12.2014

"Quran"dakı şifrə yadplanetlilərin sirrinin açarıdır? - Müsahibə+Video

"19" rəqəmi humanoidlər üçün niyə bu qədər əhəmiyyətlidir? Yadplanetlilərin Xəzərdə bazaları varmı? UNO-ların mövcudluğu Allahın varlığını sübut edirmi? Yoxsa, bu əksinədir? ANN.Az-ın müsahibi anomal hadisələrin tədqiqatçısı, ufoloq Vaqif Ələkbərovdur.

- Bir az özünüzdən danışın. UNO-nun öyrənilməsiylə məşğul olmağa necə qərar verdiniz?
 
- Ali texniki təhsil almışam, elektron texnikası üzrə mütəxəssisəm. Bakı elmi-tədqiqat institutlarının birində on ildən çox mühəndis işləmişəm. Yarımkeçirici cihazların dəqiq parametrlərinin ölçüsülməsi ilə məşğul olmuşam. UNO-nun öyrənilməsi mənim üçün bizi əhatə edən bir çox tapmacalar zəncirində əsas halqa oldu. Qəribə də olsa, hər şey ondan başladı ki, ekstrasensin kim olduğunu, onlarda informasiyanın necə yarandığını müstəqil şəkildə anlamaq istədim. Bütün bunlar addımbaaddım məni ufologiya sahəsinə gətirib çıxartdı.
 
- Ekstrasensorluqdan ufologiyaya?

 
- Tamamilə doğrudur. Sonra bu əlaqə Rusiyanın nüfuzlu hərbi mütəxəssislərinin televiziya çıxışlarında da öz təsdiqini tapdı. Üzə çıxdı ki, 10003 məxfi hissə mövcuddur ki, burada zabitlərə UNO-larla telepatik əlaqəyə girmək öyrədilir.
 
- Artıq neçə ildir ufologiyanın öyrənilməsiylə məşğulsunuz?
 
- 15 ildən çoxdur.

- Bu, sizin əsas məşğuliyyətinizdir, yoxsa hobbiniz?
 
- Bu, daha çox hobbiyə bənzəyir. Əslində öz işimin bu mövzu ilə heç bir bağlılığı yoxdur. Burada, mənim demək olar ki, azad qrafikim var.
 
- Sizin aşkar etdiyin ən əhəmiyyətli açılış nədir?

- Ən vacib açılışımı mən "Salski səma şifrəsi" hesab edirəm. Bu hekayə 1989-cu ildən tapmaca olaraq qalırdı. Məsələnin mahiyyəti ondan ibarət idi ki, 15 sentyabr 1989-cu ildə Rusiyanın Rostov vilayətinin Salski şəhərciyinin səmasında beş ağ kvadratdan ibarət ardıcıllıq yarandı. Yüzlərlə yerli sakin bu fenomenin şahidi oldu. Əgər qısa desək, onda kvadratlarda 2277777 rəqəmi var idi.
 
Fərz etdim ki, şifrəni açmaq üçün kvadratlar ipucu ola bilər. Və həqiqətən, 2277777 rəqəminin kvadrat kökü 1509 edir, yəni hadisənin tarixi – 15 sentyabr. Beləcə, gəlmələr bizimlə azca şifrlənmiş formada, müxtəlif nişanların və simvolların köməyi ilə ünsiyyət saxlayırlar.

- Bəs sizin açılışınız ufologiya cəmiyyəti tərəfindən rəsmən qəbul edilib?
 
- Ufologiyada rütbə və dərəcələr müəyyənləşdirən hər hansı rəsmi struktur yoxdur. Əsas odur ki, Salski şifrəsinin açılmasına olan bu yanaşma o qədər aşkardır ki, buna etiraz etmək sadəcə, mümkün deyil.
 
- Niyə humanoidlər bizimlə belə çətin ünsiyyət saxlayırlar. Olmazdımı sadəcə yer kürəsinə enib, desinlər: "Salam, dostlar, biz – humanoidlərik!"?
 
- Yadplanetlilərin ünsiyyət prinsipi özlərini tez bir anda bəşəriyyətə göstərmək arzusundan deyil, yerdən kənar sivilizasiyalar mövzusuna akademik elmin ənənəvi yanaşmalar üçün şəxsi qüsursuzluğunu nümayiş etdirməkdən ibarətdir. Onlar, nə qədər paradoksal olsa da, hamının gözləri qarşısındadırlar, amma elmi cəmiyyət tərəfindən formal olaraq tanınmayıblar. Çünki UNO-ların davranışı elmi metodologiyaya uyğun gəlmir.
 
- UNO-lara Azərbaycanda tez-tez rast gəlinir?
 
- Azərbaycanda UNO-lar həqiqətən görünüblər, özü də dəfələrlə. Müxtəlif foto və video-materiallar var. Ən maraqlı UNO videosu, 2008-ci ilin 22 mayında Qaradağ rayonunun Sahil qəsəbəsində çəkilmiş videodur.
 
Bakıda UNO-nun görünməsi ilə bağlı şəbəkədə olan nəşrləri araşdırarkən üzə çıxdı ki, elə həmin yerdə yüzlərlə insan uçan naməlum obyekt görüb. Bu, mənim üçün əhəmiyyətli fakt idi. Bu hadisə isə 1989-cu ildə də olmuşdu. Yəni 19 il əvvəl. Sonralar  19-la bağlı interval ufologiyanın bir çox sirrlərinə açar oldu.
 
- Bəs "19" rəqəmi nə üçün humanoidlərə bu qədər maraqlıdır?
 
- Niyə yadplanetlilər məhz bu rəqəmi seçdilər? Çox mürəkkəb sualdır. Amma təcrübədə, 19 il, 19 gün və ya 19 ay intervalı anomal hadisələrin təhlili baxımından əhəmiyyətlidir. Bəzən bu, interval deyil, sadəcə 19 rəqəmidir. İllüstrasiya qismində 25 iyun 2013-cü il tarixində İngiltərənin bir sahəsində peyda olmuş şəkli göstərə bilərəm.

Əgər xarici çevrə üzrə bərabər yerləşdirilmiş xaçların oxşarlığına diqqət yetirsək, onda müxtəlif miqdarda köndələn horizontal tirlər gözə dəyir. Bu köndələn tirlərin sayı 19-dur. Bir çox şərhçilərin qeyd etdiyi kimi, şəbəkədə şəkil qum saatını xatırladır, amma tərsinə formada: "qum" aşağıda yox, yuxarıdadır. Bu fakt rəqəmin əks qiymətinin hesablanmasına kömək edə bilər, yəni 1/19 = 0,052631. Vergüldən sonra altıncı işarəyə kimi dəqiqliklə götürülmüş bu nəticə sahədə əksinə oxunmuş şəkilin yaranmasının tarixini il şəklində göstərir – il-ay-gün: 13.06.25. Bu da gördüyünüz kimi, riyaziyyatdır.
 
- Yadıma gəlir, bir neçə il əvvəl mətbuat hansısa qadın haqqında yazmışdı,. O, yadplanetlilər tərəfindən oğurlandığını və yadplanetlilərin onu xərçəng xəstəliyindən müalicə etdiyini demişdi. Siz bunu xatırlayırsınızmi? Belə haların baş verməsinə inanırsınızmı?
 
- Belə hadisələr dəfələrlə mətbuatda işıqlandırılıb. İnanıram ki, bu, mümkündür, amma yadplanetlilərin mövcudluğu faktını sübut etmək çətin olduğundan belə hadisələr həmişə cəmiyyətdə şübhələr doğuracaq.
 
Hətta heç kəsi aldatmağa ehtiyacı olmayan məşhur insan üç şahidin gözü qarşısında yox olduqda, mən Kirsan İlümjinovu nəzərdə tuturam, o, UNO-larla əlaqələrindən açıq danışdıqda, çox az adam ona inandı.
 
- Kirsan İlümjınovu UNO-lar oğurlayıb? Onun belə bir etirafda bulunmasını heç vaxt eşitməmişəm. Maraqlıdır, bu hadisə o, Kalmıkiyanın başçısı olandan sonra, yoxsa əvvəl olub?

 
- Videoya baxın. Burada o, UNO-larla əlaqədə olduğunu etiraf edir və bu barədə ətraflı danışır.
 
 
 
 
<
 
 

- Bəs UNO-ların azərbaycanlılarla əlaqəsinə dair ən maraqlı hadisə hansıdır?

 
- Ufologiyada mövcud olan təsnifata görə, insan tanınmamış uçan obyektin şahidi olduqda, bu, UNO-larla əlaqə adlanır. Azərbaycanda belə şahidlər az deyil. Amma azərbaycanlıların UNO-larda uçması faktları haqqında mən hələ eşitməmişəm.
 
- Bəs azərbaycanlıların əlaqələri haqqında siz nəsə bilirsiniz? Şahidlər varmı?

 
- Prinsip etibarilə hesab edilir ki, istənilən ekstrasens bioenerji sahəsindən informasiya alır. Bu sahələrə isə məhz UNO-lar nəzarət edir. Ona görə də belə nəticə hasil olur ki, əlaqədə olanlar elə ekstrasenlərdir.
 
- Görünür, ekstrasenslərin özləri heç də belə düşünmürlər. Ən azı, onlardan heç vaxt heç yerdə belə bir fikir eşitməmişəm.
 
- Ekstrasenslərlə bağlı bir əlavəm var. Burada riyaziyyata eyham olunur. Bədnam "19" rəqəmi  "Quran"da əsasdır. O, UNO-nun sirrlərinə açardır. Ona görə də görünməyən bir mahiyyəti başqasından ayırmaq ekstrasensə bəzən çətin olur.
 
- Sizcə, UNO-lar nə vaxt bəşəriyyətlə əlaqədə olmağa başlayacaq?
 
- Yadplanetlilərin yaxın vaxtlarda BMT-yə rəsmi səfər edəcəyini gözləmək lazım deyil. Yadplanetlilər hər şeydən əvvəl, bizi yoxlayan varlıqlardır. Məsələn, ufologiyada məşhur olan, 1977-ci ilin avqustunda kosmosdan alınmış "Wow" siqnalını götürək.
 
Mahiyyət ondan ibarətdir ki, tədqiqatçılar kənar sivilizasiyaların mövcudluğunun sübutu kimi məhz bu siqnalı radiolokatorlarla qeydə aldılar. Amma bu unikal siqnal yalnız bir dəfə alınmışdır. Alimlər buna qane olmurlar və təkrarını gözləyirlər. Ancaq yadplanetlilərin mövqeyini nəzərə almırlar, onlar radioefirdə öz sükutları ilə sual verirlər: "Sizə daha nə lazımdır?" Yəni, hər şeyi ilk dəfədən anlamaq lazımmış. Yeri gəlmişkən, siqnalın əslliyinin meyarları haqqında bir fakt deyim. Bu siqnalın təxminən 19 saat sonra gəlib çatması da onun həqiqiliyinə xidmət edir. Yenə də ufologiya üçün tipik rəqəm.
 
- Siz iddia edirsiniz ki, UNO reallıqdır. Bəs Allah?..
 
- Əgər "Muddəssir" surəsində 19 sayı ilə bağlı ayəni oxusaq, onda ufoloji hadisələrin təhlilinin Allahın mövcudluğunun təsdiqinə xidmət etdiyini görəcəyik.
 
P.S. "Muddəssir" surəsi "Quran"ın 74-cü surəsidir. Surənin 30-cu ayəsində deyilir: "Onun üstündə on doqquz nəfər gözətçi vardır". Bəzi təfsirçilərin fikrincə, cəhənnəmin on doqquz nəfər gözətçi mələyi var. Yaxud gözətçilər on doqquz növ mələkdən ibarətdir.

Həmid Həmidov
ANN.Az
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb