Qurban Qurbanov: ""Valletta" asan rəqib deyil"

12:49 | 22.07.2014
Qurban Qurbanov: ""Valletta" asan rəqib deyil"

Qurban Qurbanov: ""Valletta" asan rəqib deyil"

Azərbaycanın Çempionlar Liqasındakı yeganə təmsilçisi "Qarabağ" bu gün cavab oyununa çıxır.
ANS PRESS-in məlumatına görə, klubun baş məqşçisi Qurban Qurbanov oyundan bir gün əvvəl keçirilən mətbuat konfıransında rəqib haqqında açıqlamalar verib. O bildirib ki, "Valletta" asan rəqib deyil və bunun üçün çox ciddi hazırlaşmışıq:
"Rəqib artıq bizə tanışdır. ilk oyundan sonra hansı çatışmazlıqlarımız olduğunu gördük və çox səhvlərimiz oldu. Bu da normal haldır. İstər-istəməz ilk oyunda oyunçuların hazırlıq səviyyəsi yerində olmur və ilk oyun həyəcanı da öz sözünü dedi. Yaxşı nəticə ilə səfərdən dönmüşük, ancaq çox ciddi hazırlaşmışıq. Rəqib düşündüyümüzdən də güclüdür. Təcrübəli futbolçuları və yeni güclü transferləri var", -deyə Q. Qurbanov deyib.
Qeyd edək ki, "Qarabağ" bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. İlk oyunda təmsilçimiz səfərdə "Valetta" ilə qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılmışdı.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM