Qurban Qurbanov soyuqqanlı danışdı: Hər şey ola bilər

11:15 | 12.12.2014
Qurban Qurbanov soyuqqanlı danışdı: Hər şey ola bilər

Qurban Qurbanov soyuqqanlı danışdı: Hər şey ola bilər

Dünən Avroliqanın qrupu mərhələsi çərçivəsində İtaliyanın məşhur "İnter" klubu ilə qarşılaşan Ağdamın "Qarabağ" klubu görünməmiş ədalətsizliklə üzləşib. Gözəl oyun göstərməklə yerli azarkeşlərin qəlbində taxt quran "Qarabağ" klubunun futbolçuları dünən də əzmkar oyunları ilə diqqət çəkiblər. Dünyanın ən nəhəng klublarından bir ilə başa-baş mübarizə aparan futbolçularımız hətta oyunun son dəqiqəsində fərqlənsələr də, hakim ədalətsizliyi nəticəsində təmiz qol qeydə alınmayıb. Dünyanın ən məşhur idman nəşrləri "Qarabağ"ın hesaba alınmayan qolundan və hakim ədalətsizliyindən bəhs edən yazılarla çıxış ediblər. 
Matçdan sonra keçirilən mətbuat konfransında isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yenə də öz soyuqqanlılığı ilə seçilib. Baş məşqçi Almeydanın vurduğu qolun təmiz qol olduğunu bildirib. Futbol mütəxəssisinin oyundan sonra keçirilən mətbuat konfransındakı fikirlərini təqdim edirik. Material Qurban Qurbanovun "Facebook"dakı səhisəsinə istinadla verilir. 

"Bu oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sağ ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular. Pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə oldu. Eyni zamanda, böyük bir təcrübə qazandıq".

- Avropa Liqasının qrup mərhələsindən əvvəl nə düşünürdünüz?

- Bilirdik ki, maraqlı qrupa düşmüşük, Bütün rəqiblərimizin böyük təcrübəsi var idi. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz şey yoxdur. Bu gün də bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik.

- Sayılmayan qol epizodu barədə nə deyə bilərsiniz?

- İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz.

- Bu gün hakim səhvinə görə növbəti mərhələyə yüksələ bilmədiniz. Özünüzü necə hiss edirsiniz?

- Heç nə edə bilmərik. Hətta "İnter"in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi.

- Bəxtinizin gətirmədiyini demək olar?

- Futbolda hər şey ola bilər. Bəzi oyunlarda da bizim bəxtimiz gətirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb