Qurban Qurbanovdan İtaliyada inamlı açıqlama

00:55 | 02.10.2014
Qurban Qurbanovdan İtaliyada inamlı açıqlama

Qurban Qurbanovdan İtaliyada inamlı açıqlama

"Bizi çətin və ağır qarşılaşma gözləyir. Güclü komandaya qarşı mübarizə aparacağıq. Üstünlük rəqibin tərəfindədi. Öz oyunumuzu oynayıb, sərfəli nəticə qazanmağa çalışacağıq". Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah İtaliyada “İnter”lə qarşılaşacaq. Oyundan əvvəl təşkil olunan mətbuat konfransında Qurbanov əsas məqsədini açıqlayıb: "Əsas məqsəd “İnter”ə oynamağa imkan verməməkdi. Sabah qarşımıza tam fərqli heyət çıxa bilər. Bu səbəbdən məni çətin sınaq gözləyir. Bakıya 1 xalla qayıtsaq, bizim üçün daha faydalı olar. Nəticənin bizim üçün nə qədər uğurlu olacağını indidən demək olmaz. İndidən bu haqda düşünmək istəmirik". 
“Qarabağ”ın qrupda digər rəqibi olan “Sent Etyen” futbolçularından birinin “Növbəti mərhələyə “Qarabağ” və biz çıxacağıq” deməsinə münasibət bildirən Qurbanovun fikrincə, qrupdakı bütün rəqiblər “İnter”ə hörmətlə yanaşmalıdı: “Ola bilsin A seriysında “Kalyari”yə 1:4 hesablı məğlubiyyətəə görə belə deyirlər. Amma qrupun favotiri “İnter”di. Bu komandaya qarşı belə fikir yürütmək düzgün çıxmaz”.
 
İtaliyalı həmkarımızın “İnter”lə qarşılaşmanı “Qarabağ”ın tarixində ən yaddaqalan oyun kimi dəyərləndirmək olarmı” sualına gəlincə, Qurbanov bildirib ki, “İnter”lə qarşılaşmanın öz özlliyi var: “Həqiqətən də bu matçın yeri başqadı. Baxmayaraq ki, biz “Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klubkarından sayılır. İlk dəfə İtaiya klubuna qarşı oynayacağıq”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM