Qvardiolanın istədiyi türk futbolçu

17:44 | 20.08.2014
Qvardiolanın istədiyi türk futbolçu

Qvardiolanın istədiyi türk futbolçu

"Napoli" klubunun yarımmüdafiəçisi Gökhan İnlər karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Qol.Az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, türk əsilli isveçrəli futbolçu "Bavariya" klubunun maraq dairəsinə düşüb.

Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola Xavyer Martinez və Bastian Şvaynştaygerin zədələnməsindən sonra orta xəttdə yaranan boşluğu məhz İnlərlə doldurmaq niyyətindədir. Lakin "Napoli"nin 30 yaşlı futbolçunu satmaq istəmədiyi bildirilir. Bununla belə, yüksək məbləğ qarşılığında G.İnlerin "Bavariya"ya transfer olunacağı istisna edilmir.

Qeyd edək ki, 2011-ci ildə "Udineze"dən "Napoli"yə transfer olunan İnlər keçirdiyi 130 oyunda 12 qola imza atıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM