“Qızı Xanımın ölümündən xəbərsizdir!” - Mərhumun anası danışdı

13:05 | 14.07.2014
“Qızı Xanımın ölümündən xəbərsizdir!” - Mərhumun anası danışdı

“Qızı Xanımın ölümündən xəbərsizdir!” - Mərhumun anası danışdı

Mərhum sənətkar, Musiqili Teatrın aktrisası Xanım Qafarovanın dəfn və yas mərasiminin bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilib. Bunu AzNews.az-a açıqlamasında mərhumun anası Gövhər Xəlilova bildirib. O, deyib ki, aktrisanın qəbrinin üstünü də Heydər Əliyev Fondu götürəcək: “Neylədiksə xeyri olmadı, yazısı belə yazılıbmış. Allah Mehriban xanım Əliyevanın canını sağ etsin. O, mənim balamın yaşaması üçün nə lazımdırsa etdi. Hələ dəfninin də xərclərini ödədilər. Bundan əlavə yas mərasimləri və qəbirüstünü də Fond öz üzərinə götürdü. Mən ona dərin minnətdarlığımı bildirirəm”.G.Xəlilova onu da bildirib ki, X.Qafarovanın ölümünü hələ də qızına deməyiblər: “Xanımın vəziyyəti pisləşəndə Gövhəri kəndə apardıq. Xanım istəmədi ki, balasının gözü qarşısında ölsün. Xahiş etdi ki. onu evdən çıxaraq. Biz də bu üzdən uşağı kəndə yolladıq. İndi bala anasının ölümündən xəbərsizdir. Qalmışıq belə ki, biz ona necə deyək ki, sənin anan ölüb?! Yoxdur, o, bir də gəlməyəcək! Allah heç bir balaya ana dağı göstərməsin”.Xatırladaq ki, Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkirdi.Xəstəliyi müddətində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Türkiyədə 3 dəfə əməliyyat olunmuşdu. Bir neçə gün əvvəl isə Fondun prezidenti Mehriban Əliyeva onun müalicəsinin İsraildə davam etdirilməsi göstərişini vermişdi. Artıq bütün sənədlər, hətta təyyarə bileti də alınmışdı. Lakin uçuş vaxtına bir gün qalmış – iyulun 11-də Xanım Qafarova dünyasını dəyişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb