Qızlarının başına oyun açan atanı FTB axtarır - FOTOLAR

10:10 | 06.12.2014
Qızlarının başına oyun açan atanı FTB axtarır - FOTOLAR

Qızlarının başına oyun açan atanı FTB axtarır - FOTOLAR

Onun yaxalanması üçün 100 min dollara qədər pul mükafatı qoyulub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Federal Təhqiqatlar Bürosu (FTB – ing. "FBI”) qızlarını öldürməkdə günahlandırılan bir atanı "ən qorxulu 10 cinayətkar” siyahısına salıb. 

ANS PRESS-in məlumatına görə, Dallas şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərmiş 57 yaşlı Yasər Abdel Səid 2008-ci ildən bəri qızlarını öldürməsi cinayətindən axtarılır. 

FTB onun yaxalanması üçün 20 min dollardan 100 min dollara qədər pul mükafatı qoyub. 

2008-ci ilin ilk günü yemək almaq bəhanəsi ilə ataları ilə evdən çıxan 18 yaşlı Amina və 17 yaşlı Saranın cəsədləri elə həmin gün otellərdən birində aşkar edilib. Müstəntiqlər ilkin ehtimal olaraq, qətlin ata və qızların arasında münasibətlərin korlanması üzündən, ya da onların aralarında hər hansısa şəxsi münasibətlərin olmasından irəli gəldiyi bildirilir. 

Qeyd edək ki, axtarışda olan Səid Misirdə doğulsa da, uzun müddətdir ki, Dallasın şimalında məskunlaşmışdı. 


ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb