Rakitiç: "Messi "Barsa"dan ayrılmayacaq"

14:46 | 20.11.2014
Rakitiç: "Messi "Barsa"dan ayrılmayacaq"

Rakitiç: "Messi "Barsa"dan ayrılmayacaq"

Xorvat ulduz İvan Rakitiç Lionel Messinin birlikdə forma geyindiyi oyunçular arasında ən güclü olduğunu açıqlayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı ulduzun klubda qalacağına inandığını da bildirib. Xatırladaq ki, Messi həftə sonunda etdiyi açıqlamada yaxşı təklif alacağı halda "Barselona"da karyerasına nöqtə qoya biləcəyini açıqlamışdı.Rakitiç "Messi birlikde oynadığım ən yaxşı oyunçudur. O, özəl biridir. Onun kimisini görmədim. Komanda yoldaşı olaraq onun qalmağını istəyirəm", deyə bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM