Ramiz Mehdiyevdən daha bir sərt açıqlama

12:59 | 23.05.2014
Ramiz Mehdiyevdən daha bir sərt açıqlama

Ramiz Mehdiyevdən daha bir sərt açıqlama

Mayın 22-də AzərTAc-a müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son vaxtlar Ukraynada baş verən hadisələrdən də söz açıb.

“Media forum” saytı xəbər verir ki, Ramiz Mehdiyev Ukrayna hadisələrində Qərbin aktiv iştirak etdiyini, qanuni hakimiyyət əleyhinə iş apardığını, destruktiv qüvvələri dəstəklədiyini vurğulayıb və bildirib ki, ABŞ və Avropa buna hələ 1990-cı illərin əvvəllərindən hazırlıq görüb: “Təsadüfi deyil ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Nuland ABŞ hökumətinin 1991-ci ildən Ukraynadakı demokratik proseslərə 5 milyard dollar xərclədiyini deyir. Amma təcrübə göstərir ki, çox vaxt belə pullar dağıdıcı qüvvələrin formalaşdırılmasına xərclənir. Qərbin Ukraynada qeyri-hökumət təşkilatlarının və millətçi qüvvələrin fəaliyyətini maliyyələsdirməsinin hansı fəlakətlərə gətirib çıxardığı isə heç kimdə şübhə doğurmur.Müqayisə üçün demək istəyirəm ki, müəyyən qüvvələrin ölkəmizdə buna oxşar ssenari həyat keçirməyə cəhd göstərdikləri haqda müxtəlif vaxtlarda bizə məlumat daxil olub. Ekspert və analitiklərin rəyinə görə, 2013-cü ilin yazında “feysbuk inqilabı”na 3 milyon dollar xərclənib. Və bu, demokratiyaya dəstək adı altında təqdim olunur. Gərək heç bir siyasi savadın olmasın ki, bu dırnaqarası “inqilab”ın arxasında nəyin dayandığını başa düşməyəsən. Bütün ərəb dünyası gözümüzün qarşısındadır”.Ramiz Mehdiyev qeyd edib ki, bu və ya digər dövlətdə demokratik institutların yaranmasına yardım etmək müsbət işdir, amma yalnız o halda ki, bu, “təsir agentləri”nin və ya “beşinci kolon”un xarici xüsusi xidmət orqanlarının qoyduğu tapşırıqları yerinə yetirməsinə yox, vətəndaş cəmiyyətinin maraqlarına xidmət etsin. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb