Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO

20:00 | 18.10.2016
Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO

Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO

Qərb bölgəsinin dağlıq rayonlarına yağan qar fəsadlara yol açıb.

ARB Kəpəz xəbər verir ki, təbiət hadisəsinin hələ də davam etməsi bərpa işlərinin həyata keçirilməsində çətinlik yaratsa da, işlər dayandırılmır.

Yağmaqda davam edən qar Daşkəsəndə elektrik və rabitə xətlərini sıradan çıxarıb. Rayon mərkəzinə elektrik enerjisinin verilişində qısa fasilə yaransa da, dirəklərin aşması və naqillərin sıradan çıxması 20-yə yaxın kəndi işıqsız qoyub.

Rayon mərkəzinə 20-25, dağ kəndlərinə isə 35-40 sm qalınlığında qar yağıb. Görülən tədbirlər nəticəsində rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsində axsama olmayıb.

Rayonun kommunal təsərrüfat idarəsi aidiyyəti strukturlarla birgə gücləndirilmiş iş rejimində çalışır.

Hündürlüyü 15-20 sm-ə çatan qar Gədəbəydə də problemlərə yol açıb. Daşkəsəndə olduğu kimi qarın ağırlığına tab gətirməyən budaqlar qırılıb, dirəklər aşıb, naqillər sıradan çıxıb. Elektrik təsərrüfatında yaranan çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Meteoroloqlar Qərb bölgəsində hökm sürən qarlı hava şəraitinin dağlıq rayonlarda  oktyabrın 20-nə kimi davam edəcəyini proqnozlaşdırıb. Nisbətən aşağı ərazilərdə isə intensiv yağışların və sulu qarın yağacağı gözlənilir.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb