• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki Teatrında "Vaqif" tamaşasının premyerası

Şəki Teatrında
29.05.2020 11:26
 Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Bu barədə "Report"a Şəki Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Xanlar Həşimzadə məlumat verib.

Tamaşa Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayevin quruluşunda hazırlanıb.

Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.

Tamaşada Vaqif obrazını əməkdar artist Əbülfət Salahov, Qacar obrazını əməkdar artist Xanlar Həşimzadə ifa edir. Xanlar Həşimzadə tamaşanın maraqlı alındığını deyib: "Səməd Vurğunun "Vaqif" dramından fərqli olaraq bu tamaşada Ağa Məhəmməd şah Qacar obrazı fərqli təqdim olunub. Bu tamaşada Qacara yeni baxış verilib. Əsərdə "Qarabağnamə"lərdən də istifadə edilib. Tamaşamızda maraqlı cəhətlərdən biri də, əsərdə heç bir qadın personajının olmamasıdır. Tamaşamızın aktyor heyəti kişilərdən təşkil edilib".

Qeyd edək ki, Şəki Teatrının kişi truppasının ifasında nümayiş etdirilən tamaşada Təlxək obrazını əməkdar artist İqrar Salamov ifa edib. Yeni tamaşanın gələcəkdə Bakıda nümayiş etdiriləcəyi nəzərdə tutulub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol