Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox