• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ vizaların verilməsində yeni meyarlar tətbiq edib

ABŞ  vizaların verilməsində yeni meyarlar tətbiq edib
29.06.2017 09:40
ABŞ altı ölkə vətəndaşlarına (İran, Yəmən, Liviya, Suriya, Somali, Sudan) və qaçqınlara vizaların verilməsində yeni meyarlar tətbiq edib
 
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin memorandumunda bildirilir.
 
Sənədə əsasən, vizaların yalnız ABŞ-da sıx ailə və işgüzar əlaqələri olan namizədlərə verilməsi nəzərdə tutulur. Vurğulanır ki, namizədlər ABŞ-da yaxın qohumlarının (valideynlər, uşaqlar, bacı və qardaşlar) daimi yaşadığını sübut etməlidirlər. Həmçinin, uzaq qohumlarla bağlı müraciətlərə baxılmayacağı bildirilir. Müvafiq sənəd ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə göndərilib.
 
Xatırladaq ki, fevral ayında ABŞ prezidenti D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.
 
İyunun 26-da  ABŞ Ali Məhkəməsi  prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.  Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq. Yuxarıda qeyd olunan fərmanla bağlı Ali Məhkəmənin növbəti iclası oktyabr ayına təyin edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol