• $
  • £

Nazirlikdə nə baş verir? – Sensasion manipulyasiya

Nazirlikdə nə baş verir? – Sensasion manipulyasiya
29.05.2020 03:11
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəsə qeyri-müəyyən proseslər gedir”.


Anews.az xəbər verir ki, bu barədə internet texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib. Onun sözlərinə görə, bu gün Nazirlik rəsmisi Delta Telekom-un bir ay bundan öncəki qiymət endiriminin real olmadığını bildirib. 


"Deltanın 70%-lik endiriminə Nazilriyin heç bir reaksiya vermədiyi ilə bağlı mənim tərəfimdən olan açıqlamaların da ədalətli olmadığını qeyd ediblər.


Düzü, hamının qiymət endirimi gözlədiyi bir zamanda, buna özüm də təəcübləndim. Və dərhal Delta Telekom-un Provayderlərə 70% endirimlə bağlı rəsmi açıqlamasını tapdım. İndi də saytlarında durur.


Həm də aydınlaşdırdım ki, bu qurum tərəfindən hətta Nazir müavininə də endirimlə bağlı paketlər təqdim edilib”.


O. Gündüz deyir ki, nazirliyin isə dünənki açıqlamasında tamam fərqli mesajlar verilib: "Belə olan halda anlamıram ki bu dövlət qurumunda nə baş verir. Kimlərdir məlumatları Nazirdən gizlədən və ya manipulyasiya edən?


Hazırda real vəziyyət belədir: Biznes sektoru qiyməti endirmək, bazarı liberallaşdırmaq istəyir. Bununla bağlı rəsmi mövqe ortaya qoyub.


Bazarın 50%-ə nəzarət edən dövlət provayderlərinin tabe olduğu dövlət qurumu və eyni zamanda tənzimləyici qurum olan NRYTN isə, görünən odur ki, hələlik buna qarşıdır”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Siyasət 19:17
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Sahibə Qafarova ABŞ-yə səfər edib
Siyasət 18:56
Sahibə Qafarova ABŞ-yə səfər edib
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Siyasət 15:19
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Prezident Esvatini Kralını təbrik edib
Siyasət 11:40
Prezident Esvatini Kralını təbrik edib
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:28
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib
В Баку пройдет 4-я Климатическая неделя РКИК
Siyasət 09:20
В Баку пройдет 4-я Климатическая неделя РКИК
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Siyasət 08:58
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Meloni İlham Əliyevə təşəkkür etdi
Siyasət 20:07
Meloni İlham Əliyevə təşəkkür etdi
Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib
Siyasət 19:51
Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol