• $
  • €
  • ₽
  • ₺
  • £

Saleh Məmmədovun oğlu ilə bağlı -RƏSMİ AÇIQLAMA

Saleh Məmmədovun oğlu ilə bağlı -RƏSMİ AÇIQLAMA
27.06.2019 12:11
İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb. 
 
Bu barədə məlumatı Britaniyanın nüfuzlu "Daily Mail” nəşri dərc edib. 
Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.

C.Həsənli bundan əvvəl bəzi azərbaycanlı məmurların Avropadakı bahalı mülkləri barədə araşdırma materiallar təqdim edib. Və bu materiallar səs-küylü qalmaqallara səbəb olub.
Anews.az xəbər verir ki, məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq, yazılanların həqiqəti əks etdirmədiyini bildirib:
"Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”.
Xarici mətbuatda hadisənin təfərratı barədə bildirilir ki, azərbaycanlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb.
Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı bahalı saatı götürərək qaçıb.
Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.

Oğurlanan saat "Richard Mille” markasına aid "50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır.
Britaniya mətbuatı azərbaycanlı turistin ad-soyadını yazmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Cəmiyyət 12:15
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Cəmiyyət 11:00
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Cəmiyyət 19:41
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Cəmiyyət 19:01
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:37
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol