• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı politoloq: “1045-ci ildən 1918-ci ilə qədər heç bir erməni dövlətçiliyi mövcud olmayıb”

Rusiyalı politoloq: “1045-ci ildən 1918-ci ilə qədər heç bir erməni dövlətçiliyi mövcud olmayıb”
04.09.2014 21:00
"1045-ci ildən 1918-ci ilə qədər ümumiyyətlə, heç bir erməni dövlətçiliyi mövcud olmayıb". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı politoloq Vaxtanq Canaşiya Rusiyanın ən tirajı qəzetlərindən biri olan "Metronews" qəzetində çıxan "Erməni dərsləri" (Uroki Armenii) adlı məqaləsində yazıb. Müəllif aşağıdakıları qeyd edib: “Rusiyanın Cənubi Qafqazda "strateji müttəfiqi" olan ermənilərin az qala rəsmi şüarına çevrilən belə söz var - biz böyük, lakin əzabkeş xalqıq. Əlbəttə ki, böyük xalqdırlar. Harada ermənilərin adı çəkilməyib ki?! “İncil”dən tutmuş Hitlerin nitqinə kimi... Professor Stepan Melik-Baxşyan belə bir nəzəriyyə irəli sürüb ki, əgər “İncil”də Nuhun gəmisinin ("Noev-kovçeq") Ararat dağında dayandığı göstərilibsə, o zaman "Darvin təlimi"nə uyğun olaraq ermənilər yer üzündəki ilk insanlardır, hansılardan ki, bəşəriyyət törəyib. Böyük PR-çılar xalq... Bütün qonşularına qarşı ərazi iddiaları var. Dağlıq Qarabağdakı münaqişə də elə onunla başladı ki, guya həmin ərazi tarixən erməni dövlətinin ərazisi olub. Ancaq 1045-ci ildən 1918-ci ilədək erməni dövlətçiliyi ümumiyyətlə, mövcud olmayıb. Tarixlə də bəxtləri gətirməyib. Lakin xalqın öz müqəddəratını təyinetmə hüququ olan "Lenin variantı" nəzəriyyəsi tapılıb. Buna Ermənistan Xalq Komissarları Sovetinin sədr müavini Gevork Əlixanyanın dissident qızı Yelena Bonner həyat yoldaşı Saxarovla birlikdə qoşulub və öz müqəddəratını təyinetmə dünya demokratiyasının simvolu kimi qəbul olunub, Qarabağ isə ermənilərinki kimi... Heç kəsdə şübhə qalmasın deyə ermənilər vilayətdən və ətraf rayonlardan olan qeyri-erməniləri köçürürdülər. Maraqlıdır ki, hətta Qarabağda deyil, ona bitişik rayonlarda yaşayan kürdləri belə yurd-yuvalarından qovub, onların evlərini talan edib, yandırmışdılar. Lakin kürdlər üçün düşmən türklər oldu, ermənilər isə pəncərədə işıq... Bunu bacarmaq lazımdır, bu, PR-dır. Təbii bir sual ortaya çıxır: nəyə görə Qarabağda öz müqəddəratını təyinetmə etnik təmizləmə və qan tökülməsi ilə baş verəndə beynəlxalq sanksiya haqqında danışılmırdı? Krım sülh yolu ilə öz müqəddəratını təyin edəndə isə mühakimə və sanksiyalar... Ona görə ki, PR etməyi bacarmırıq. Həqiqəti elə demək lazımdır ki, inansınlar. Bunu edə bilmirik. O cümlədən yalanı da... Qarabağda ermənilərlə birlikdə 7-ci ordunun rus zabitləri də vuruşurdular (öz gözlərimlə görmüşəm). Ukraynada bizim 9 desantı əsir götürüblər, skandal baş verib: aqressiya və işğal! Hanı bizim təbliğatçılar? Yaxşı, "Rossiya seqodnya" informasiya agentliyi indilərdə yaranmağa başlayıb. Lakin "Russia today" telekanalı 2005-ci ilin dekabrından fəaliyyət göstərir. Biz nəyə nail olmuşuq? Avropada cəmi 7 milyon izləyicimiz var. Bəlkə utanmayaq, strateji müttəfiqimizdən təbliğatı necə aparmağımızı öyrənək? Ona görə ki, ermənilər gözəl PR edən böyük xalqdırlar. Bədbəxtdirlər ona görə ki, məncə, onlar öz təbliğatlarına inanırlar. Allah bizi bundan qorusun!” ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 11:05
İlham Əliyev Tokayevi təbrik edib
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Siyasət 12:18
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Azərbaycan BMT Günündə beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bəyan edib
Siyasət 10:20
Azərbaycan BMT Günündə beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bəyan edib
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Siyasət 23:35
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol