• $
  • €
  • ₽
  • ₺
  • £

Hökmdarlar ermənilərin arzusunu gözündə qoydu

Hökmdarlar ermənilərin arzusunu gözündə qoydu
03.09.2014 18:41
Dağlıq Qarabağda fəaliyyət göstərən, "Sosial ədalət" Partiyasının sədri Karen Oqacanyan yerli erməniləri qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılmasının 23 illiyini özünəməxsus şəkildə təbrik edib.

Bəyanatında o, etiraf edib ki, bu gün Qarabağ erməniləri "öz ümidsiz gələcəyindən şübhələnirlər, daha çox çörək və gündəlik ehtiyaclarının təmin olunması barədə düşünürlər, bu isə indiki səriştəsiz və korlanmış hakimiyyətin günahıdır! Ən qorxulu cinayətləri isə odur ki, onlar bizim Qarabağ xəyalına olan inamımızı məhv etdilər! Hökümət vəzifələrini işğal etmiş adamlar zəfəri əvəz etmiş ümidsizliyə görə, vicdanı əvəz etmiş alçaltmalara görə, sevgini əvəz etmiş nifrətə görə, cəmiyyətin bərabərliyini əvəz etmiş təbəqələşməyə görə və bizim böyük xəyalımızın itməsinə görə xalqa cavab verməli olacaqlar!!!", - Oqacanyan yazır.Qeyd edək ki, bütün nida işarələri və üslub olduğu kimi saxlanılmışdır."Siz o xalqsınız ki, qanunun aliliyi, bərabərlik, azadlıq və sevgi prinsiplərinə əsaslanan çiçəklənən demokratik ölkə qurmaqla dünyanı təəccübləndirməyə qadirsiniz!", - Oqacanyan qarabağlılara müraciətində belə deyir.Amma onun əvvəlki sözləri Qarabağda ermənilərin müstəqil və güclü dövlət qura biləcəyini inkar edirdi. Xüsusən də, buna Azərbaycan imkan verməyəcək.Kamal ƏliANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Siyasət 18:05
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
İlham Əliyev Türk Dövlətləri Təşkilatının tədbirində iştirak etməyəcək
Siyasət 16:09
İlham Əliyev Türk Dövlətləri Təşkilatının tədbirində iştirak etməyəcək
Nazir arxayınçılığa yol verilməməsini tələb edib
Siyasət 15:47
Nazir arxayınçılığa yol verilməməsini tələb edib
Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək - Elçin Nəsibov
Siyasət 13:05
Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək - Elçin Nəsibov

Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Siyasət 12:31
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri
Siyasət 12:29
Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Siyasət 11:31
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Ceyhun Bayramov Türkiyəyə səfər edib
Siyasət 11:20
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mehriban Əliyeva Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Siyasət 09:26
Mehriban Əliyeva Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol