• $
  • £

“İlham Əliyevin əlində tutarlı kozır var” - Nüfuzlu rusiyalı şərhçi

“İlham Əliyevin əlində tutarlı kozır var” - Nüfuzlu rusiyalı şərhçi
13.08.2014 13:12
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin ötən bazar günü Soçidə keçirilən danışıqları ən azından ona görə yaxşıdır ki, yaxın aylarda müharibə olmayacaq.Virtualaz.org saytı xəbər verir ki, bu barədə nüfuzlu sovet jurnalisti, “Oqonyok” jurnalının keçmiş baş redaktoru, hazırda “Kommersant”ın strategiyalar üzrə direktoru olan Viktor Loşak yazır.Müəllif bildirir ki, mətbuat Soçi görüşündən məyus olub, çünki Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmayıb.“Dörddə bir əsrdir davam edən münaqişənin nizamlanmasında dönüş olacağına dair jurnalist gözləntilərinin haradan qaynaqlandığını demək çətindir. Bizim Dağlıq Qarabağ münaqişəsi adlandırdığımız deportasiyadır, dinc əhalinin qətlə yetirilməsidir, bədbəxt qaçqınlardır, döyüş əməliyyatlarıdır və 5 minə yaxın itkin düşmüş şəxsdir. Bütün bunlar SSRİ-nin son illərində, demokratikləşmə şəraitində yaddaşların bütün köhnəlmiş inciklikləri üzə vurduğu bir vaxtda baş verdi” - deyə V.Loşak yazır.Müəllifin qənaətinə görə, indi tamamilə aydındır ki, bu cür milli qarşıdurmada nə siyasətçi, nə də jurnalist hakim rolunu oynaya bilməz, heç kim insanları haqlı və haqsıza bölüb onlara resept yaza bilməz.“Təəssüf ki, 1987-ci ildən başlayaraq Moskvadan həm jurnalistlər, həm də siyasətçilər Dağlıq Qarabağda baş verənlərlə bağlı olduqca yersiz şəkildə hakim rolunu oynamağa çalışıblar. Əgər biz Soçi görüşünün artıq qızışmaqda olan, son həftələrdə hər iki tərəfdən əsgər və zabitlərin həlak olması ilə müşayiət olunan müharibəni tormozladığını görmürüksə, deməli, biz bu gün də ənənəvi səthi dəyərləndirmələrimizi davam etdiririk” - V.Loşak yazır.“Oqonyok”un keçmiş baş redaktoru qeyd edir ki, hələ 1988-ci ildə deputat Qalina Starovoytova Dağlıq Qarabağ məsələsində hüquqi dalanı formalaşdırdı: onun müdafiə etdiyi və Ermənistanın istifadə etdiyi öz müqəddəratını təyinetmə hüququ BMT-nin dövlətlərin ərazi bütövlüyü prinsipinə açıq-aşkar zidd idi: “Bax, elə buna görə də BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal etdiyi ərazilərin Azərbaycana qaytarılmasını tələb edən qətnamələri İlham Əliyevin əlində aydın kozırdır”.V.Loşakın yazdığına görə, münaqişə o qədər uzandı ki, tərəfləri barışdırmaq istəyən Rusiyanın özü dünyaya perpendikulyar şəkildə zidd mövqeyini translyasiya etdi. Bir tərəfdən, Rusiya Çeçenistanın ayrılmasına qarşı müharibə apararaq məntiqlə Azərbaycanın tərəfini tutmalı idi. İndi isə o, Krımı özünə birləşdirərək Ermənistana simpatiya bəsləməli olacaq. Ona görə də Rusiyanın özünün barışdırıcı kimi mövqeyi möhkəm deyil.

“Bəlkə elə ona görə də prezident Putin Soçidə öz həmkarlarını döyüş sambosu turnirinə apardı və onlara bu sadə fikri izah etməyə çalışdı: faktiki olaraq qaydasız döyüşdə ən güclü olan qalib gəlir...” - deyə V.Loşak vurğulayıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Siyasət 13:58
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Siyasət 13:48
Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir


Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır
Siyasət 13:04
Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər
Siyasət 12:58
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər
Milli Məclis 2026-cı ildə Bakıda keçiriləcək WUF13 üzrə BMT sazişini təsdiqləyib
Siyasət 12:05
Milli Məclis 2026-cı ildə Bakıda keçiriləcək WUF13 üzrə BMT sazişini təsdiqləyib
Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - Yenilənir
Siyasət 11:53
Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - Yenilənir
Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
Siyasət 11:42
Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Siyasət 11:39
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik edib
Siyasət 11:26
İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox