• $
  • £

Milli Məclisin adı dəyişdirilsin! - Ziyalılardan maraqlı TƏKLİF

Milli Məclisin adı dəyişdirilsin! - Ziyalılardan maraqlı TƏKLİF
06.12.2019 10:56
Ziyalılar hazırda gündəmin ən çox müzakirə olunan məsələsi  - Milli Məclislə bağlı maraqlı təklif səsləndiriblər.

Modern.az saytının məlumatına görə, təklifi yazıçı-dramaturq Firuz Mustafa ictimailəşdirib.

F.Mustafa həmkarı ilə birgə Milli Məclisin adının dəyişdirilməsini təklif edib.

"Bu günlərdə tanınmış türkoloq, hörmət bəslədiyim təvazökar dilçi alim Şahlar Göytürk bir təklif vermişdi. "Milli Məclis əvəzinə Millət Məclisi deyilməlidir".
Nəsə bu təklifə az reaksiya oldu. Zənnimcə çox doğru yanaşmadır. Nə üçün? Çünki biz "Milli Məclis" deyiriksə, onda məntiqlə gərək deputata da "milli vəkil" deyək.

Hesab edirəm ki, iki aylıq "istirahətdən" sonra fəaliyyətə başlayacaq Milli Məclisin yeni üzvləri bu məsələni müsbətə doğru həll edəcək”,-deyə Firuz Mustafa bildirib.

Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxılıb, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edilib.

Qeyd edək ki, qardaş Türkiyə Cümhuriyyətində qanunverici orqan Böyük Millət Məclisi, onun üzvləri isə məllət vəkili adlanır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
Cəmiyyət 19:00
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Cəmiyyət 18:35
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
İsmayıllıda 23 yaşlı kişi su kanalında batıb
Cəmiyyət 18:13
İsmayıllıda 23 yaşlı kişi su kanalında batıb
Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb
Cəmiyyət 15:20
Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:37
Sabahın hava proqnozu
Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 12:57
Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
AZAL расширяет свой авиапарк, пополнив его первым Airbus A321neo нового поколения
Cəmiyyət 12:30
AZAL расширяет свой авиапарк, пополнив его первым Airbus A321neo нового поколения
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:41
Faktiki hava açıqlanıb
Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - Yenilənib
Cəmiyyət 11:39
Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol