• $
  • £

"Pensiyalar yenidən artırılacaq” - Nazir

18.01.2020 12:48
"2019-cu ildə orta aylıq pensiya 15 faiz, yaşa görə pensiya 15 faiz, əlilliyə görə pensiya 22 faiz artıb. Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə edilmiş ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib.

Nazir deyib ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb: "Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci ildə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib.
 
Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən "İşsizin DOSTu” proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək".(APA)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkmənistan XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib
Siyasət 21:59
Azərbaycan və Türkmənistan XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb
Siyasət 20:35
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb
Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırılıb
Siyasət 19:08
Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırılıb
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 16:36
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
TBMM sədri Numan Kurtulmuş İSİPAB Konfransı üçün Bakıya gələcək
Siyasət 14:05
TBMM sədri Numan Kurtulmuş İSİPAB Konfransı üçün Bakıya gələcək
Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib
Siyasət 13:27
Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Siyasət 13:03
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Azərbaycan bu ölkəyə tanker hədiyyə edib
Siyasət 11:59
Azərbaycan bu ölkəyə tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub - Yenilənib
Siyasət 11:52
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol