• $
  • £

Olimpiya idman növləri üzrə mükafatların məbləği artırıldı

Olimpiya idman növləri üzrə mükafatların məbləği artırıldı
25.05.2014 18:00

Nazirlər Kabineti “Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” qərarında dəyişikliklər edib.

Qərarın adından Olimpiya Oyunları sözləri çıxarılıb, Olimpiya Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə müəyyənləşəcək.

Bundan sonra Olimpiya Oyunları istisna ilə, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar bu qərara əsasən müəyyənləşəcək. İndiyə qədər bu qərara əsasən yalnız gənclər və yeniyetmələr arasında dünya və Avropa birinciliyində yüksək nəticə göstərmiş idmançılar və onların məşqçiləri üçün mükafatlar nəzərdə tutulub. Dəyişikliyə əsasən, bu siyahıya Dünya və Avropa çempionatları, fərdi hesabda Dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri də daxil edilib. Eyni zamanda ümumi hesabda Dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri də mükafatlandırılacaqlar.

Mükafatların məbləği də artırılıb. İndiyə qədər gənclər arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 2000 manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 800 manat, üçüncü yer üzrə 800 manat və 500 manat, yeniyetmələr arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 500 manat və 300 manat məbləğində mükafatlandırılıblar. Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1300 manat və 650 manat, ikinci yer üzrə 900 manat və 450 manat, üçüncü yer üzrə 500 manat və 250 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1000 manat və 500 manat, ikinci yer üzrə 750 manat və 350 manat, üçüncü yer üzrə 400 manat və 200 manat məbləğində mükafat müəyyən edilib.

Dəyişikliyə əsasən, bundan sonra gənclər arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 3000 min manat və 1500 manat, ikinci yer üzrə 2000 manat və 1000 manat, üçüncü yer üzrə 1500 manat və 750 manat, yeniyetmələr arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 2500 manat və 1250 manat, ikinci yer üzrə 1500 manat və 750 manat, üçüncü yer üzrə 100 manat və 500 manat məbləğində mükafatlandırılacaqlar. Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 2000 manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 800 manat və 400 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 800 manat və 400 manat, üçüncü yer üzrə 600 manat və 300 manat məbləğində mükafat müəyyən edilib.

Dəyişikliyə əsasən siyahıya əlavə edilmiş Dünya Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 6000 manat və 3000 manat, Avropa Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 10000 manat və 5000 manat, ikinci yer üzrə 6000 manat və 3000 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafatlandırılacaqlar. Ümumi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 20000 manat və 10000 manat, ikinci yer üzrə 15000 manat və 7500 manat, üçüncü yer üzrə 10000 manat və 5000 manat, ümumi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 8000 manat və 4000 manat məbləğində mükafatlandırılacaqlar.

Fərdi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 6000 manat və 3000 manat, ikinci yer üzrə 4000 manat və 2000 manat, üçüncü yer üzrə 3000 manat və 1500 manat, fərdi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 4000 manat və 2000 manat, ikinci yer üzrə 3000 manat və 1500 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafat müəyyən edilib.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
Baku 2015 18:34
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir
Baku 2015 11:49
Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir
Metroda xətlərin ayrılması qaçılmazdır - ekspert
Baku 2015 15:33
Metroda xətlərin ayrılması qaçılmazdır - ekspert
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
Baku 2015 21:29
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda radar nəzarəti gücləndirilir
Baku 2015 18:30
Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda radar nəzarəti gücləndirilir
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ
Baku 2015 14:18
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ
On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
Baku 2015 20:10
On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Baku 2015 18:06
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Baku 2015 12:46
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol