• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya, İtaliya və Fransa klublarının skautları Mahir Emrelinin oyununu izləyəcəklər

Almaniya, İtaliya və Fransa klublarının skautları Mahir Emrelinin oyununu izləyəcəklər
17.10.2021 16:30
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Avropa klublarının maraq dairəsinə düşüb.

"Report" "sportowefakty.wp.pl" saytına istinadən xəbər verir ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər.
Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Skautların siyahısında Emreli ilə yanaşı, onun komanda yoldaşları Mayk Navrotski və Mateuş Veteskanın, həmçinin qonaqlardan Yakub Kaminski, Mikael İshak və Lyubomir Şatkanın da adları var.
Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol