• $
  • €
  • ₽
  • ₺
  • £

Səfər Mehdiyev “Xanoba” gömrük postuna getdi

Səfər Mehdiyev “Xanoba” gömrük postuna getdi
22.10.2021 20:49
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba” gömrük postunda aparılan tikinti işləri ilə tanış olub.

Anews.az  xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, gömrük-keçid məntəqəsində həyata keçirilən tikinti və yenidənqurma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib.

Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasında, idxal-ixrac nəzarət xəttlərində, postun inzibati binasında tikinti işlərinin gedişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, inşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur.

Bundan başqa, "Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın baş verib - yenilənib
Cəmiyyət 08:34
Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın baş verib - yenilənib
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:48
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:19
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Cəmiyyət 17:10
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol