• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ ölkələrindən Rusiyaya qarşı ƏLAVƏ SANKSİYALAR

Aİ ölkələrindən  Rusiyaya qarşı ƏLAVƏ SANKSİYALAR
25.02.2022 01:00
Aİ ölkələrinin liderləri keçirdikləri sammitdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər, bu barədə xarici media məlumat yayıb. 

Sammit zamanı iştirakçılar qərara gəliblər ki, Rusiyaya qarşı sanksiyalar viza siyasətini də əhatə etsin. Bundan əlavə, sanksiya siyahılarında yeni adlar və təşkilatların adları yer alacaq.

"Avropa İttifaqı Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya üçün öz hərəkətləri üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı tədbirlər haqqında razılığa gəldi. Bu sanksiyalar maliyyə sektorunu, energetika və nəqliyyat sektorlarını, ikili təyinatlı malları, o cümlədən ixraca nəzarət və ixracın maliyyələşdirilməsini, viza siyasətini, əlavə Rusiyanın fiziki şəxslərinin (məhdudiyyətlər - red.) siyahılarına daxil edilməsini əhatə edir”, - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviterdəki hesabında sammitin yekunlarına dair yazıb.

Ukrayna münaqişəsinə dair fövqəladə sammitin yekunlarına və Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılmasına əsasən, Avropa İttifaqı Ukraynaya dəstəyi gücləndirməyə və beynəlxalq donorlar konfransı keçirməyə hazırdır.

Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol