• $
  • £

Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb

Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb
25.02.2022 02:32
Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

Fərman Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək məqsədilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin təklifi əsasında Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə Ukrayna Konstitusiyasının 102-ci maddəsinin ikinci hissəsi, 106-cı maddəsinin birinci hissəsinin 1, 17, 20-ci bəndlərinə uyğun olaraq qəbul edilib.

Qeyd edilir ki, belə bir qərar Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə qəbul olunub.

Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına ümumi səfərbərlik dövrü ərzində çağırışçıların, ehtiyatda olanların və xalq təsərrüfatının nəqliyyat vasitələrinin sırasını və həcmini müəyyən etmək tapşırılıb.

Ukrayna Nazirlər Kabineti maliyyələşdirməni təmin etməli və öz səlahiyyətləri daxilində ümumi səfərbərliyin elan edilməsi və keçirilməsi ilə bağlı digər tədbirləri həyata keçirməlidir.

Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirlərini həyata keçirəcək.
 
Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol