Ukrayna təkdir, dünya baş verənləri sadəcə izləməkdə davam edir... - Ukrayna prezidenti
Ukrayna təkdir, dünya Ukraynada baş verənləri izləməkdə davam edir , ttətbiq edilən sanksiyalar yetərli deyil , bunu Ukrayna prezidenti Vladimir Zelenski bu gün yayımladığı bəyanatında bildirib.
- Genişmiqyaslı müharibənin ikinci səhəri. Saat dörddə Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirməyə davam edib.
- Mülki obyektləri hədəfə almadıqlarını deyirlər. Amma bu yalandır. Əslində hansı sahələrdə fəaliyyət göstərəcəklərini anlamırlar.
- Dünən olduğu kimi, hərbçilər və mülki şəxslər hələ də Rusiyanın hücumu altındadır. Bu hücumun məqsədi cəmiyyətə təzyiq etməkdir. Qeyd edirəm təzyiq təkcə hakimiyyətə deyil, bütün ukraynalılaradır və bu gün təzyiq hətta dünəndən də çoxdur.
- Bizim uşaqlar, Ukraynanın bütün müdafiəçiləri ilk gün düşmənə işğalçıya əməliyyat planını həyata keçirməyə imkan vermədilər. Ukraynalılar əsl qəhrəmanlıq nümayiş etdirirlər. Əksər istiqamətlərdə düşmənin qarşısı alınıb.
- Buna görə də Rusiya qüvvələrimizin yorulacağı ehtimalı ilə hücumu davam edir. Amma heç kim yorulmur.
- Ukraynanın hava hücumundan müdafiə qüvvələri səmamızı qoruyur. Düşmən təyyarələri paytaxt da daxil olmaqla yaşayış məntəqələri üzərində kobud şəkildə hərəkət edir.
- Kiyev üzərində səhər səmasında dəhşətli partlayışlar, bombardmanlar, yaşayış binasına zərbələr, yanğın - bütün bunlar paytaxtımıza 1941-ci ildə baş vermiş ilk belə hücumu xatırladır.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər