• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan Türkiyəyə tələb - "İstanbul boğazı ruslar üçün bağlansın"

Ukraynadan Türkiyəyə tələb -
25.02.2022 10:05
Ukrayna Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

"Ukrayna bizə rəsmi müraciət edib. Ukrayna Montrö boğazlar konvensiyasının 19-cu maddəsinə əsaslanaraq Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib. Montrö müqaviləsinin müddəaları çox aydın və dəqiqdir. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini dayandıra bilər. Müharibə vəziyyətini qanuni olaraq qəbul etsək, Montrö kontekstində hərbi gəmilərin keçidini qadağan edəcəyik. Amma biz qadağan etsək də, rusların belə hüququ var. Müqavilə imzalanarkən Rusiyanın öz bəndi var idi. 19, 20 və 21-ci maddələr onları tənzimləyir. Sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq xahişi ilə keçmək istəyirsə, buna icazə verilir”, deyə nazir vurğulayıb. 
 
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
 
Ləman Qasımova




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol