Ukraynanın kömək çağırışına Türkiyədən cavab - Qızıl Aypara hərəkətə keçdi
210 kvadrat metrlik ümumi çadırlar, fövqalə vəziyyətdə ailələrin sığınması üçün xüsusi çadırlar, çarpayı, ədyal, uşaq yorğanı, kombinzon kimi vasitələrin yığıldığı 3 humanitar yardım maşınının bu gün Ukraynaya yola salınması planlaşdırılır, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık öz feysbuk hesabında yazıb.
Ukrayna və Rusiya Qızıl Xaç prezidentləri ilə danışan Türk Qızıl Aypara Cəmiyyətinin sədri gözlənilən qaçqın böhranından narahat olduğunu və bunun qarşısını almaq üçün təşkilatların fəal hərəkət etməli olduğunu bildirib. O vurğulayıb ki, təxliyə edilən vətəndaşlara dəstək olacaq səyyar iaşə maşınları ilə bölgəyə hərəkət etməkdədir.
24 fevralda Rusiyanın hərbi müdaxiləsindən sonra Ukrayna Türkiyədən yardım istəyib. Bunu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tviter səhifəsində yazıb.
"Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar. Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq”, - diplomat bildirib.

Ləman Qasımova
www.anews.az