• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın kömək çağırışına Türkiyədən cavab - Qızıl Aypara hərəkətə keçdi

Ukraynanın kömək çağırışına Türkiyədən cavab -  Qızıl Aypara hərəkətə keçdi
25.02.2022 14:24
210 kvadrat metrlik ümumi çadırlar, fövqalə vəziyyətdə ailələrin sığınması üçün xüsusi çadırlar, çarpayı, ədyal, uşaq yorğanı, kombinzon kimi vasitələrin yığıldığı 3 humanitar yardım maşınının bu gün Ukraynaya yola salınması planlaşdırılır, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık öz feysbuk hesabında yazıb.
 
Ukrayna və Rusiya Qızıl Xaç prezidentləri ilə danışan Türk Qızıl Aypara Cəmiyyətinin sədri gözlənilən qaçqın böhranından narahat olduğunu və bunun qarşısını almaq üçün təşkilatların fəal hərəkət etməli olduğunu bildirib. O vurğulayıb ki, təxliyə edilən vətəndaşlara dəstək olacaq səyyar iaşə maşınları ilə bölgəyə hərəkət etməkdədir.
 
24 fevralda Rusiyanın hərbi müdaxiləsindən sonra Ukrayna Türkiyədən yardım istəyib. Bunu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tviter səhifəsində yazıb.

"Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar. Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq”, - diplomat bildirib.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol