• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Lavrov və Putinə qarşı sanksiya tətbiq etdi

Aİ Lavrov və Putinə qarşı  sanksiya tətbiq etdi
25.02.2022 23:28
Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovu sanksiyalar siyahısına salmaqla bağlı razılığa gəlib. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell cümə günü bildieib. 
 
"Qeyd edim ki, Aİ-nin sanksiyalarının tətbiq olunduğu yeganə dünya liderləri Suriyadan Bəşər Əsəd, Belarusdan Lukaşenko, indi isə Rusiyadan Putindir”, - Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
   
"Putin rus xalqı deyil”, o əlavə edib.
   
Borrelin sözlərinə görə, Rusiya Federasiyasına qarşı sanksiyaların bütün variantları nəzərdən keçirilir; Rusiyanın SWIFT banklararası ödənişlərin qlobal sistemindən ayrılması yaxın günlərdə təsdiqlənə bilər. Bu qərar Moskvanın davranışından asılıdır.
   
Borrel deyib ki, Aİ liderləri Putin rejiminin dəstəklənməsində mühüm iqtisadi rol oynayanlara qarşı  da sanksiyalar tətbiq etmək  niyyətindədirlər. Onun sözlərinə görə, qara siyahıya düşənlər arasında məmur olmayan, lakin Ukraynaya hücumdan iqtisadi fayda əldə edən 26 nəfər var.
 
S"anksiyalar Rusiya Federasiyasında inflyasiyanın artmasına gətirib çıxaracaq, xarici investisiyaları azaldacaq, sənaye bazasını tükədəcək . Rusiya beynəlxalq ictimaiyyətdən təcrid olunduğunu görməlidir", Borrell əlavə edib.
 
O deyib ki, zərurət yaranarsa, Aİ sanksiyalarının üçüncü mərhələsi tətbiq oluna bilər.
 
Aytac Zeynalova
 
.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol