• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hərbi texnikası Kiyevə doğru irəliləyir, gecə qanlı döyüşlərin olacağı bildirilir - CNN

Rusiya hərbi texnikası Kiyevə doğru irəliləyir, gecə qanlı döyüşlərin olacağı bildirilir -  CNN
28.02.2022 02:57
Üç mil uzunluğunda Rusiyaya aid hərbi maşın karvanı Belarus ərazisindən çıxaraq Kiyev istiqamətində hərəkət edir, bu barədə CNN xəbər yayıb. 
 
"Maxar" Kosmik Texnologiyalar şirkətinin verdiyi məlumata görə, maşın karvanı peykdən çəkilən  fotolarda əks olunub. Maşın karvanı bazar günü  yerli vaxtla 10.56-da İvankova  yaxınlığındakı yolda, Kiyevdən  60 kilometr şimali-qərbdə aşkar edilib. daşıyan  Hazırda bu karvan Ukrayna paytaxtına doğru irəliləyir. 
 
"Maxar" həmçinin bildirir ki, tank, piyadalar üçün  yük maşınları, özühərəkət edən artileriyadan başqa Rusiyanın hərbi maşın karvanına  yanacaq, maddi-texniki avadanlıqlar daşıyan  yük maşınları da daxildir.
 
Ekspertlər bu karvanın Kiyevə  hücum üzrə gecə əməliyyatını həyata keçirmək üçün yola çıxdığını bildirirlər. 
 
Belarus prezidenti Ukrayna prezidenti Vladimir Zelenskiyə Belarus ərazisindən Ukraynaya doğru daha heç bir silah və əsgərin irəliləməməsinə şəxsən özü cavabdeh olacağını bildirmişdi. Bu söhbətdən bir saat ötməmiş  Belarus ərazisindən Ukraynanın Jitomir şəhəri istiqamətinə bir "İskander" raketi  buraxılıb indi də hərbi maşın karvanı aşkarlanıbdır. 
 
Vladimir Zelenski güorta saatlarında etdiyi çıxışı zamanı Rusiya-Ukrayna danışıqlarına inanmadığı və nəticəsiz olacağını bildirmişdi. Böyük Britaniyanın  baş naziri Boris Conson də eyni bəyanatla çıxış edib. 
 
N.Təbrizli
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol