• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda cüdo məşqçilərinə futbol qaydası tətbiq olunacaq

Azərbaycanda cüdo məşqçilərinə futbol qaydası tətbiq olunacaq
28.02.2022 22:30
Beynəlxalq Cüdo Federasiyasının (İJF) xüsusi sertifikatına malik olmayan şəxslər yarışlarda məşqçi kimi iştirak edə bilməyəcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib.


ACF rəsmisi futbolda olduğu kimi, sertifikatı olmayan şəxslərin 2023-cü ilin yanvarından tatamidən kənarda idmançılara göstəriş verə bilməyəcəklərini söyləyib: "Azərbaycanda heç bir mütəxəssisin belə sertifikatı yoxdur. Biz bunu aradan qaldırmalıyıq. İJF ilə anlaşmamıza əsasən 46 məşqçimiz martın 7-dən Beynəlxalq Cüdo Akademiyasında təhsil almağa başlayacaq. Milli komandanın bütün məşqçiləri bu prosesə qoşulacaqlar. Avqust-sentyabrda proqram yekunlaşacaq. Ümid edirəm ki, hər kəs sertifkatı ala biləcək. Çünki bu, kifayət qədər dolğun və intizam tələb edən proqramdır. Əminəm ki, məşqçilərimiz bu imkanı müsbət dəyərləndirəcək. Biz aparıcı klubların məşqçilərini də buraya dəvət etmişik".


Rəsullu milli komandaya cəlb etdikləri baş məşqçi Riçard Trautman və performans direktoru Mark van der Hamı xeyli namizəd arasından seçdiklərini söyləyib: "Seçim prosesi bir günün yox, iki-üç ayın işi oldu. İlk növbədə, cəlb edəcəyimiz baş məşqçinin işi, göstərdiyi nəticələr, işində tətbiq etdiyi elmi və fərdi yanaşma nəticəsində seçim prosesinə başladıq. 20-25 mütəxəssisi dəyərləndirdikdən sonra seçimimizi etdik. Mövlud Mirəliyev və digər məşqçilərin bu prosesdən xəbərləri var idi. Yeni məşqçilər həqiqətən də bacarıqlıdırlar. Beynəlxalq aləmdə də bu seçimimizə çox müsbət yanaşdılar. Bizim məşqçilər Azərbaycan qonaqpərvərliyini və peşəkarlığı əsas götürərək, bu seçimə normal yanaşdılar. Texniki-tibbi heyətimiz və digər mütəxəssislərimiz birgə çalışacaqlar".


Qeyd edək ki, futbolda Pro lisenziyası olmayan baş məşqçilərin texniki zonada yer almalarına icazə verilmir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol