Putindən yeni qadağa - FƏRMAN
Rusiya prezidenti Vladimir Putin ölkədə maliyyə sabitliyini təmin etmək üçün əlavə müvəqqəti iqtisadi tədbirlər haqqında fərman imzalayıb, bu barədə Ria novosti məlumat yayıb.
Fərmana görə martın 2-dən Rusiya Federasiyasından 10.000 dollardan çox xarici valuyatının çıxarılması qadağan edilib.
Rusiya Mərkəzi Bankının Direktorlar Şurası fevralın 28-dən uçot dərəcəsini əvvəlki 9,50%-dən 20%-ə qədər qaldırmaq barədə qərar verib.
ABŞ və Avropa Birliyi ölkələri Moskvanın Ukraynaya təcavüzünə cavab olaraq bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sisteminə çıxışını əngəlləyən addımlar atıb. Qərb həmçinin Rusiya Federasiyası Mərkəzi Bankının valyuta ehtiyatlarını da sanksiya altına alıbdır.
Rusiya Mərkəzi Bankının məlumatına görə, fevralın 28-də bank sisteminin struktur kəsiri cümə günündəki 11 milyard rubladan 2,9 trilyon rubla, bankların Mərkəzi Banka borcu isə 3,20 trilyon rubldan 5,85 trilyon rubla kimi artıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox