• $
  • €
  • ₽
  • ₺
  • £

İtki verən Rusiya gizli səfərbərlik keçirir - Ukrayna Baş Qərargahı

İtki verən Rusiya gizli səfərbərlik keçirir - Ukrayna Baş Qərargahı
09.03.2022 10:31
Müharibənin 14-cü gününün əvvəlinə tərəflərin mövqelərində ciddi dəyişiklik baş verməyib. Bu barədə Ukrayna Baş Qərargahı martın 8-nin  yekunlarına  dair məlumatında bildirir.

Ukrayna Baş Qərargahı yazır ki, Ukrayna ordusu şimal və şimal-qərb istiqamətlərində müdafiə döyüşləri aparmaqda davam edir, Kiyev qruplaşması Rusiyanın cəhdlərini dəf edir.

Baş Qərargah həmçinin iddia edir ki, Rusiya hərbçiləri "çoxsaylı şəxsi heyət itkiləri verdiyindən” Krımda, qondarma DXR-LPR-də və Rusiyanın Krasnodar vilayətində gizli əlavə səfərbərliyə başlayıb. Bu məlumat hələ təsdiqlənməyib.

Bir az əvvəl Rusiya prezidenti Vladimir Putin səfərbərlik elan etməyəcəyini və müharibəyə ancaq kontrakt əsasında orduda çalışan hərbiçilərin aparacağını bəyan edib. 

Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denişenko da bu gün səhər televiziya ilə çıxışında gecənin nisbətən sakit keçdiyini bildirib.

Bununla belə Ukrayna əlavə edib  ki, Xarkovun atəşə tutulması, mühasirədə olan Mariupolda hələ də çətin vəziyyət, həmçinin rusların Xarkovla Donetsk arasında mühüm nəqliyyat qovşağı olan İzyumda irəliləmək cəhdləri barədə məlumatlar var. Bu məlumatlar yoxlanılır.

 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol