• $
  • £

Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli olub

Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli olub
12.03.2022 10:51
Azərbaycanın kişi və qadınlardan ibarət voleybol yığmalarının 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub, bu barədə Federasiyanın Mətbuat Xidməti məlumat yayıb.

Kişilərdən ibarət yığma A qrupunda Danimarka və Türkiyə seçmələri ilə mübarizə aparacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak edəcək.

Qadınlardan ibarət milli isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Avropa çempionatlarında həlledici mərhələyə ev sahibliyi edəcək ölkələr hələlik açıqlanmayıb.

Qitə çempionatında seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
İdman 23:54
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
İdman 20:58
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
İdman 21:55
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Qurban Qurbanov: çox vacib səfərə çıxırıq
İdman 11:18
Qurban Qurbanov: çox vacib səfərə çıxırıq
Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib
İdman 18:21
Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib
“Sumqayıt”ın kapitanı əməliyyat olunub - 5 ay yaşıl meydanlardan uzaq qalacaq
İdman 14:07
“Sumqayıt”ın kapitanı əməliyyat olunub - 5 ay yaşıl meydanlardan uzaq qalacaq
Güləşçimiz dünya çempionatının finalına yüksəldi
İdman 22:31
Güləşçimiz dünya çempionatının finalına yüksəldi
Azərbaycan daha bir yarışın ev sahibi olacaq
İdman 22:10
Azərbaycan daha bir yarışın ev sahibi olacaq
"Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - Yenilənib
İdman 22:03
"Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol