• $
  • €
  • ₽
  • ₺
  • £

Əsir düşən rus əsgərləri Ukrayna xalqından üzr istədi

Əsir düşən rus əsgərləri Ukrayna xalqından üzr istədi
15.03.2022 17:28
Rusiyanın Ukraynaya təcavüzünün 20-ci günündə əsir düşən rus əsgərləri Ukrayna xalqından üzr istəyib,bu barədə məlumatı İnterfaks agentliyi məlumat yayıb. 
 
Əsir düşən rus əsgərləri Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynadakı məktəbləri, xəstəxanaları və uşaq bağçalarını bombaladığını eşitdiklərini söyləyərək, Rusiya prezidenti Vladimir Putinin işğalının "dəhşətli səhv" olduğunu etiraf edib.

Əsirlərdən biri-  Sergey Qalkin çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib və Putinin göstərişi ilə ölkələrini işğal etdikləri üçün ukraynalılardan üzr istəyib.
 
İşğalı fəlakət kimi qiymətləndirən Qalkin deyib ki, Putin onlara "Ukraynanı işğal etmək, Kiyevi ələ keçirmək və onu Ukraynadakı iddia edilən faşizm və zülmdən qorumaq” əmrini verib. 

"Bu torpaqları işğal etdiyimizə görə öz adımdan və komandam adından Ukraynanın hər evindən, hər küçəsindən, hər bir vətəndaşından, ağsaqqalından, qadınından və uşağından üzr istəyirəm", o deyib.

Rusiyanın 16-cı motoatıcı briqadasının əsir düşən əsgəri Maksim Çernik də Rusiyanın hücumunda iştirakçı olduğuna görə peşmanlığını dilə gətirib.
 
"Nə qədər böyük səhv etdiyimizi anlamaq dəhşətli hiss idi. Bütün bunların düzəldilməli olduğunu və hansısa yolla münasibətlərin yaxşılaşdırılmasının lazım olduğunu başa düşürük. Bu, bir ildən çox vaxt aparacaq. Onilliklər, bəlkə də əsrlər çəkəcək. Burada baş verənlərdən sonra, bütün bunlardan sonra mən mövcud olmaq istəmirəm", o bildirdi.
 
Fevralın 24-də Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol