• $
  • £

Elxan Məmmədovu əvəz edən 35 yaşlı şəxs kimdir? – DOSYE

Elxan Məmmədovu əvəz edən 35 yaşlı şəxs kimdir? – DOSYE
17.03.2022 15:37
 İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında AFFA-nın baş katibi vəzifəsi Sərxan Hacıyevə həvalə olunub. O, daha əvvəl baş katibin müavini vəzifəsini icra edirdi. S. Hacıyev bu vəzifədə Elxan Məmmədovu əvəz edib.

Sərxan Hacıyevin dosyesini təqdim edirik:

Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub.

1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.

2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.
2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

2009-cu ildən bugünədək AFFA-da işləyir:

• 2009-2011 - Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi

• 2011-2012 - Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri

• 2012-ci ildən bugünədək baş katibin müavini

2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin "Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin "Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.

2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.

2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:

• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar arası Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / "Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə

• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
İdman 19:02
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol