Burger King Rusiyanı niyə indi tərk edə bilmir?
Burger King fast food restoranlar şəbəkəsi Rusiyada olan 800-ə yaxın restoranını bağalaya bilmir. Bu barədə Burger King dast food restoranlar şəbəkəsinin sahibi olan Kanada-Amerika şirkəti Restaurant Brands International (RBİ) şirkətinin rəhbəri David Şir işçilərə yazdığı məktubunda bildirib.
O yazıb ki, Rusiyada biznesini dayandırmaq istəməsinə baxmayaraq dayandıra bilmir.
"RBI rşirkəti Rusiya bazarında Ukraynanın ICU maliyyə qrupu və Rusiyanın VTB Kapital investisiya bankının daxil olduğu birgə müəssisə şəklində fəaliyyət göstərir. RBİ-nin birgə müəssisədə payı 15% təşkil edir. Eyni zamanda, ölkə üzrə 800-ə yaxın restoranı olan Rusiya Burger King-də heç bir tərəf nəzarət paketinə malik deyil. Rusiyanın Ukraynaya təcavüzündən sonra RBI rus tərəfdaşlarından Rusiyadakı Burger King restoranlarının işini dayandırmağı tələb etsə də rədd cavabı alıb. Bundan sonra şirkət müştərək biznesdəki payının satışı prosesinə başlayıb ki, bu da bir qədər vaxt aparacaq", - David Şir yazıb.
O həmçinin qeyd edib ki, Rusiyadakı bütün Burger King əməliyyatlarını dərhal dayandırmaq istəyindədir.
" Burger King əməliyyatlarını dərhal dayandırmaq istəyirikmi? Bəli. Bəs fəaliyyəti dayandırmağa Rusiyadan olan tərəfdaşı məcbur edə bilərikmi? Xeyr. Amma biz hərəkətlərimizdə şəffaf olmaq və hansı addımları atdığımızı izah etmək istəyirik", - məktubda deyilir.
David Şir, RBI-nin Rusiya bazarına bütün korporativ dəstəyi dayandırdığını və həmçinin biznesdən əldə edilən hər hansı gəliri, o cümlədən mülkiyyət payını BMT-nin qaçqınlar agentliyinə yönləndirməyi vəd etdiyini söyləyib.
Şirkət bu məqsədlə artıq 1 milyon dollar ianə edib.
Xarici şirkətləri Rusiya bazarını tərk etməyə məcbur edən əsas amillərdən biri onlara beynəlxalq aləmdə olan təpkidir. Başqa ölkələrdə olan müştərilər Rusiya bazarında çalışan şirkətlərin təkliflərindən imtina edir , onları dolayısı ilə minlərlə insanın ölümünü maliyyələş
N.Təbrizli
www.anews.az