Müharibənin ilk 11 günündə Xarkovda 450 mülki şəxs ölüb və yaralanıb
Müharibənin ilk 11 günündə Xarkovda 450 dinc sakin həlak olub və ya yaralanıb. Bunu Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson (Hugh Williamson) təşkilatın Rusiya ordusunun Ukraynadakı hərəkətlərinə dair hesabatında bildirib.
"Rusiya hərbçiləri Xarkova hücum edərkən müharibə qanunlarına məhəl qoymamaq hüququna malik olduqlarını düşünə bilər. Amma unutmamalıdırlar ki, günahkarlar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə ediləcək cvə törətdikləri hərbi cinayətlərə görə cavab verməli olacqlar", - Hyu Uilyamson deyib.
Onun sözlərinə görə, Xarkovda Rusiya silahlı qüvvələri dəfələrlə tutub, insanların həyatına etinasızlıq nümayiş etdiriblər.
Hava zərbələri və yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 450-dən çox dinc sakin həlak olub və yaralanıb.
Yaşayış binaları, məktəblər, kilsələr və dükanlara hücum edilib, insanlar ərzaqsız və dərmansız qalıb.
Mərmilər şəhərin infrastrukturuna ziyan vurub, sakinləri elektrik, istilik və içməli su kimi həyati əhəmiyyətli xidmətlərdən məhrum ediliblər.
N.Təbrizli
www.anews.az